Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in Azərbaycanla bağlı çağırışına cavab verib. SİA xəbər verir ki, cavabda deyilir: “Ermənistan XİN BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün tədbirlər görməyə çağırır.
Bəs rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması necə olsun?” - deyə Zaxarova “Teleqram” kanalında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə