Rusiya İngiltərənin göndərdiyi raketlərin olduğu anbarları vurub

Rusiya İngiltərənin göndərdiyi raketlərin olduğu anbarları vurub

Rusiya İngiltərənin göndərdiyi "Storm Shadow" ("Fırtına kölgəsi") raketləri və tükənmiş uran sursatlarının olduğu anbarları vurub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin diversiya qruplarının elektron kəşfiyyat və təlim mərkəzləri də bombalanıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə hücumlar yüksək dəqiqliyə malik uzaqmənzilli havadan buraxılan raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Nazirlik hücumun məqsədinə çatdığını və bütün hədəflərin uğurla vurulduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə