"Rusiya vəziyyətin gərginləşməsindən narahatdır" - Zaxarova

"Rusiya vəziyyətin gərginləşməsindən narahatdır" - Zaxarova

“Rusiya Ermənistanla Azərbaycanı hərbi fəaliyyətləri dayandırmağa və diplomatik yolla nizamlanma prosesinə çağırır”. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya vəziyyətin gərginləşməsindən narahatdır: “Rusiyalı sülhməramlı kontingent atəşin dayandırılması üçün Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan tərəfi ilə təmasdadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə