İlon Mask, əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platformasının bütün istifadəçiləri üçün girişin pullu ola biləcəyini təklif edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib.
"Tesla" və "SpaceX" rəhbəri bunları deyib: "Biz sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçirik".
Lakin şirkət məsələ ilə bağlı təfərrüatlar üçün müraciətlərə cavab verməyib. Mask uzun müddətdir ki, sosial media platformasındakı botlardan və saxta hesablardan qurtulmaq üçün onun həllinin ödəniş olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB