İtaliyada ictimai nəqliyyatda milli tətil elan edilməsi qərara alınıb. SİA xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil edirlər. Buna səbəb kimi nəqliyyat sektorunda çalışan işçilərin əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılmaması göstərilir.
Paytaxt Romada metronun 5 stansiyası bağlanıb. Tətil böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib, Milan, Venesiya, Potenza, Materada ictimai nəqliyyatda fasilələr yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB