Filosofla müsahibəyə görə jurnalist cərimələnib

Filosofla müsahibəyə görə jurnalist cərimələnib

Pskov Şəhər Məhkəməsi yerli jurnalisti Svetlana Prokopyevanı 35 min rubl məbləğində cərimələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl ona qarşı Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, jurnalistin yeni təqibinə səbəb onun tarixçi və filosof Vasili Jarkovdan aldığı müsahibə səbəb olub. Rus səlahiyyətlilərinə görə, onun köməyi ilə Prokopyeva oxuculara psixoloji təsir göstərir.

Xatırladaq ki, Prokopyevanın Jarkovla söhbəti bu ilni fevralında dərc edilmişdi. Orada tarixçi Putindən sonrakı Rusiyada müharibə, nüvə totalitarizmi və gələcək ssenarilərdən danışır.

Ekstremizmlə Mübarizə Mərkəzinin sifarişi ilə hazırlanmış müsahibənin mətni ilə işləyən ekspertlər belə qənaətə gəliblər ki, Prokopyeva Rusiya ordusunun hərəkətlərini “ölkəmizin başlatdığı müharibə kimi” müəyyənləşdirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə