Hollandiya Müdafiə Nazirliyinin adı açıqlanmayan 48 yaşlı əməkdaşı Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinərək həbs edilib. Bildirilir ki, o və şəriki Moskvaya təyyarələr üçün ehtiyat hissələri göndərmək istəyirmişlər. Amma onların idxalı 2022-ci il işğalı başlayandan dərhal sonra qadağan edildi.
Məmur avqustun sonlarında işdə şübhəli bilinən 53 yaşlı Hollandiyanın şərqindəki Arnhem şəhərindən olan şəxsin ifadəsindən sonra həbs edilib. Onun evində, ofisində və şirkətinin anbarlarında 250 min avro dəyərində nağd pul, təyyarə komponentləri, silah və sursat tapılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, şübhəlilər bununla sanksiyaları pozduqlarını bilə-bilə vasitəçilər vasitəsilə Rusiyaya ehtiyat hissələri tədarükünü davam etdiriblər.
Maliyyə cinayətləri ilə məşğul olan Hollandiya Fiskal İnformasiya və Təhqiqat Xidmətinin saytında cümə günü mətbuata verilən məlumata görə, işə hərbi polis də cəlb olunub.
Xatırladaq ki,bir müddət bundan əvvəl rus nəşrlərindən biri, Rusiyanın 2022-ci ilin fevralından 2023-cü ilin martına qədər sanksiyalardan yan keçərək, ümumilikdə 18 milyard rubl dəyərində “Boeing” və “Airbus” təyyarələri üçün orijinal ehtiyat hissələri aldığını iddia edən məqalə dərc etmişdi.
Deyilənlərə görə, tədarüklərdə 26 ölkədən 150 şirkət iştirak edib. Ən çox əməliyyatlar BƏƏ, Çin və Türkiyə vasitəsilə həyata keçirilib.
Bununla belə, bir sıra çatdırılmalarda Moskvaya qarşı sərt sanksiyalar tətbiq edən ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və Litva şirkətləri iştirak edirmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə