Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini hazırlayır.
SİA-nın əldə etdiyi məlumata görə, “Bloomberg” öz mənbələrinə istinadən xəbər verir ki, o, oktyabrın birinci yarısında təqdim oluna bilər.
KİV-in məlumatına görə, məhdudiyyətlər siyahısına G7 ölkələrinin də təqdim etməyi planlaşdırdığı rus brilyantlarının tədarükünə qadağa, habelə Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən Ukraynaya kömək etmək üçün istifadə təklifi daxil ola bilər.
Bundan əlavə, sanksiyalar paketinə Rusiyanın LNG və İT xidmətləri sektoru ilə bağlı əlavə məhdudiyyətlər də daxil ola bilər. Qeyd olunur ki, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla bir qrup Avropa İttifaqına üzv ölkələr də bunda israrlıdırlar.
KİV qeyd edir ki, bu cür cəhdlər dəfələrlə Avropa İttifaqının digər üzvlərinin müqaviməti ilə üzləşsə də, Rusiyanın nüvə sektoruna qarşı sanksiyaların tətbiqi də təklif edilir.
Nəşr əlavə edir ki, paket Rusiya Federasiyasının üçüncü ölkələr, o cümlədən BƏƏ və Türkiyə vasitəsilə məhdudiyyətlərdən yan keçmək imkanlarını məhdudlaşdıran addımları da əhatə edə bilər.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatının dost olmayan ölkələrin sanksiya hücumuna tab gətirərək bərpa olunduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB