Bu ölkələr Kiyevdən gələn təhdidlərə görə “boykot” elan ediblər
Polşa, Macarıstan və Slovakiya taxıl məsələləri üzrə Avropa Komissiyası ilə koordinasiya platformasını boykot etmək qərarına gəliblər.
SİA TASS-a istinadən xəbər verir ki, ölkələr iştirakını dayandırdıqlarını elan ediblər.
Qərar Ukrayna hakimiyyətinin Avropa Komissiyasının qərarına zidd olaraq Macarıstan, Polşa və Sloveniyada taxıl idxalına qoyulan qadağanın müddətinin uzadılması ilə əlaqədar ÜTT-yə iddia qaldırmaq niyyətini bildirməsindən sonra verilib.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna İqtisadiyyat Nazirliyinin rəis müavini Taras Kaçka Ukraynanın Macarıstan, Polşa və Slovakiyaya taxıl embarqosu ilə bağlı ÜTT-yə şikayət hazırladığını bildirmişdi.
Kaçkanın sözlərinə görə, Ukrayna üçün bu hərəkətlərin hüquqi cəhətdən qanunsuz olduğunu sübut etmək vacibdir. O, xəbərdarlıq edib ki, Varşava tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasa, Kiyev Polşa tərəvəz və meyvələrinin idxalına qadağa tətbiq etməklə cavab verəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB