Bazar günü axşam Rusiya əsgəri Stavropol diyarının Budennovsk şəhərində yaşayış binası yaxınlığında qumbara partladıb. “Astra” teleqram kanalı xəbər verir ki, nəticədə dörd yerli sakin qəlpə yaraları alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qumbara partladan hərbçi özü hadisə yerindən qaçıb.
Jurnalistlər hərbçinin adını ğyrənə biliblər - bu, 487-ci helikopter alayının 27 yaşlı hərbçisi Artyom Miloxovdur. “Baza” xəbər verir ki, yerli sakinlər iddia edirlər ki, polis bütün gecə onu axtarıb, amma o bazar ertəsi səhər saxlanılıb. Hələlik həbsin rəsmi təsdiqi yoxdur.
Bununla belə helikopter pilotunun qumbaranı harada götürdüyü və niyə partlatdığı da müəmma olaraq qalır.
Qeyd edilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzünə başlayandan az sonra döyüş bölgəsindən qayıdan rusiyalı hərbi qulluqçular arasında silahdan istifadə etməklə cinayətlər tez-tez baş verir. Belə ki, onlar öz hərbi hissələrindən oğurladıqları və ya döyüş meydanından tapdıqları silah və sursatları gələrkən özləri ilə gətirirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə