Elektron çağırışlara məhəl qoymayanlar cərimələnməyəcək

Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov, 2023-cü ildə, payız çağırışı zamanı elektron çağırışlara məhəl qoymayanlar üçün cərimələr tətbiq edilməyəcəyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Paraqraf” nəşri məlumat yayıb.

Beləliklə, Kartapolov bildirib ki, bu cür pozuntulara görə cərimələr yalnız 2024-cü il yanvarın 1-dən tətbiq olunacaq. Müdafiə Komitəsinin sədri xatırladıb ki, hazırda bildirişin əsas üsulu kağız, elektron çağırışlar isə əlavə hesab olunur. O vurğulayıb ki, bu il çağırışçılara kağız vasitəsilə çağırış vərəqəsi verilə bilməyənlər cərimələnməyəcək.

Qeyd edək ki, 2023-cü ilin payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək keçiriləcək. Bu çağırış 18-27 yaş arası Rusiya vətəndaşlarına şamil ediləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə