"Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı bərpa olunub..?"

...Sanksiyalardan sonra Rusiya iqtisadiyyatının bərpası başa çatıb. Prezident Vladimir Putin bu barədə 2024-2026-cı illər üçün federal büdcə layihəsi üzrə iclasda bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı prezident ölkənin ÜDM-nin 2021-ci ilin sanksiyadan əvvəlki səviyyəsinə çatıb və ilin sonuna onun artımı 2,5, hətta 2,8 faiz səviyyəsinə çata biləcəyini bildirib.

Putin rublun zəifləməsi ilə bağlı vaxtında qərarların qəbul edilməsi və bunun səbəblərini anlamaq zərurətinə diqqət çəkib.

“...Əminəm ki, hökumət və Mərkəzi Bank peşəkarcasına və koordinasiyalı şəkildə işləyəcək”.

Bunu deyən Putin, növbəti üç il üçün dövlət büdcəsi layihəsinə də toxunaraq, hökumət daxilində bu məsələlərlə bağlı bütün mübahisələrdən xəbərdar olduğunu qeyd edib və “ona son qoyulmasını” istəyib.

Qeyd edək ki, rusiyalı prezident hansı “hökumətdaxili mübahisələrdən” danışdığını açıqlamayıb.

Ümumiyyətlə, o, Rusiyadakı iqtisadi vəziyyəti “sabit və balanslı” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl prezident, Rusiyanı ötən ilin nəticələrinə əsasən dünyanın ən böyük beş iqtisadiyyatına daxil olduğunu bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə