İtaliyada 4,8 bal gücündə zəlzələ baş verib

İtaliyada 4,8 bal gücündə zəlzələ baş verib

İtaliyanın Florensiya şəhərinin şimal-şərqində 4,8 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliyanın Florensiya şəhərindən 70 kilometr şimal-şərqdə yerləşən Marradi bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, yerli vaxtla saat 05.10-da yerin 8,4 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada zəlzələ nəticəsində ciddi dağıntı olmadığı bildirilsə də, zəlzələdən sonra tektonik təkanların olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə