Cənubi Afrikada nəhəng dalğalar can aldı

Cənubi Afrika Respublikasında həftəsonu baş verən güclü külək və nəhəng dalğalar böyük panikaya səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, dalğalar sahil zolağına dəydiyi üçün küçələri su basıb, park edilmiş avtomobillər sürüklənib. Sahildə insanlar qorxulu anlar yaşayıb, ətrafdakı evləri, restoranları, kafeləri su basıb.

Verilən açıqlamada şənbə günü Corc şəhərində nəhəng dalğaların avtomobil dayanacağına gəlməsi nəticəsində 93 yaşlı qadının öldüyü bildirilib. Milli Meteorologiya İnstitutu 3000 kilometr sahil xətti üçün üç günlük xəbərdarlıq edib və bölgədəki bir çox çimərliklər bağlanıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə