Braziliyada 12 sərnişinlik yer tutumu olan kiçik təyyarə Amazon meşəsinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 12 sərnişin və 2 ekipaj üzvü həlak olub.
Bildirilib ki, ikimühərrikli təyyarə səfərini başa vurmaq ərəfəsində eniş edərkən qəzaya uğrayıb. Qəzaya səbəb güclü yağış zamanı görmə qabiliyyətinin az olması ilə izah edilib.
Kiçik təyyarənin balıqçılıq ilə məşğul olan bir iş adamı tərəfindən icarəyə götürüldüyü bildirilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB