Meksikada bara silahlı hücum olub

Meksikanın Xalisko ştatında silahlı şəxslər bara hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər həyatını itirib. Eyni zamanda çox sayda yaralının olduğu, hadisə ilə bağlı istintaq başladıldığı bildirilir. Hücumun dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi təxmin edilir.

Xalisko ştatında fəaliyyət göstərən “Jalisco New Generation” narkokarteli ölkənin ən güclü mütəşəkkil cinayətkar təşkilatları sırasındadır.

Topluluk Tarafından Doğrulandı simgesi

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com