Koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur

Koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur

Hazırda Rumıniyada hər gün iki min koronavirusa yoluxma halı qeydə alınır. SİA-nın məlumatına görə, bu barədə Rumıniyanın səhiyyə naziri Aleksandru Rafile Europa FM radiostansiyasının efirində danışıb.

O qeyd edib ki, hökumət virus əleyhinə dərmanların kütləvi alınmasına başlayıb. Eyni zamanda, nazir bu prosesi tez bir zamanda başa çatdıracağına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə