Ukrayna daha bir kəndi işğaldan azad edib

Ukrayna daha bir kəndi işğaldan azad edib

Ukrayna Baxmut yaxınlığındakı Kleşçeyevka kəndini işğaldan azad edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri məlumat yayıb.

Rusiya işğalı altında olan strateji Baxmutdan təxminən 6 km cənub-qərbdə yerləşən kəndə uğrunda döyüşlər dörd aya yaxındır davam edirdi.

“Biz Kleşçeevka kəndinin azad edilməsini təsdiq edirik", - Ukrayna ordusunun Şərq qüvvələrinin mətbuat xidmətinin rəhbəri kapitan İlya Yevlaş BBC-yə bildirib.

Ukrayna mətbuatında hərbçilərin kənddə çəkilən foto və videoları yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə