...Bu gün Ukrayna Silahlı Qüvvələrində pilotsuz təyyarələrin sayı hər ay ən azı iki dəfə artır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin sədri Yuri Şiqol telemarafonunda bildirib.
Onun dediyinə görə, bəzi kateqoriyalar üzrə pilotsuz təyyarə istehsalı bu il onlarla, bəzilərində isə hətta yüzlərlə dəfə artırmışıq.
...Əgər keçən il on minlərlə pilotsuz təyyarə istehsal etmişiksə, bu il artıq yüz minlərlədir. İndi Silahlı Qüvvələrdə pilotsuz uçan aparatların sayı hər ay ən azı iki dəfə artır.
Şiqol, bu ilin ilk altı ayında 10 min pilotsuz təyyarə pilotu hazırlandığını bildirib.
...Və bu gün dövlət yeni tempə çatıb - hər 10 min pilotsuz təyyarə pilotu üç ay ərzində təlim keçəcək.
“Dron Armii” layihəsinin hazırda Ukraynanın 31 məktəbi ilə əməkdaşlıq etdiyini bildirən ukraynalı səlahiyyətli, orada təlim keçənlərin böyük əksəriyyətinin, belə ki, 95 faizinin hərbçilər olduğunu desə də, amma xeyli mülki pilotların da olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB