İtkin düşdüyü deyilən şəhər meri, rus əsirliyində imiş...

İtkin düşdüyü deyilən şəhər meri, rus əsirliyində imiş...

...Beynəlxalq Qırmızı Xaç Komitəsi 2022-ci ildə Rusiya işğalı zamanı bu vəzifəni tutmuş Ukraynanın Xerson şəhərinin meri İqor Kolıxayevin əsirlikdə olduğunu təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kolıxayevin oğlu Svyatoslav danışdı.

Onun sözlərinə görə, nə bələdiyyə sədrinin dəqiq yeri, nə də səhhətinin vəziyyəti məlum deyil.

Qırmızı Xaç Cəmiyyəti ilə əlaqə saxladığını deyən merin oğluna, atasının Rusiya tərəfindən hərbi əsirlər siyahısına daxil edildiyini bildiriblər.

Xatırladaq ki, İqor Kolıxayev 2020-ci ilin noyabrından Xerson şəhər administrasiyasına rəhbərlik edirdi. Ötən ilin martında şəhər rus qoşunları tərəfindən işğal edilib. İyun ayında rusiyalı hərbçilər bələdiyyə başçısını birbaşa ofisindən naməlum istiqamətə aparıblar. Uzun müddət Kolyxayev itkin düşmüş hesab olunurdu.

2022-ci ilin noyabrında rus qoşunları Xersonu tərk edərək Dnepr çayının sağ sahilindən də geri çəkildi.

Qeyd edək ki, indi Xerson şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsini Ukraynanın Cənub vilayətinin hərbi prokurorunun keçmiş müavini Roman Mroçko yerinə yetirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə