Soçi polisi sosial şəbəkələrdə yayılan kütləvi davanın səbəblərini araşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda şəhər polis idarəsi yoxlama barədə məlumat yayıb.
Qeyd edək ki, yerli polis dava barədə sosial şəbəkədən öyrənib. Belə ki, yayımlanan videoda dünən axşam saatlarında şəhərin Tsvetnoy bulvarında 15-20 nəfərlik gəncin bir nəfəri vəhşicəsinə döydüyü əks olunub.
Hazırda faktla bağlı polis araşdırma aparır. Hadisənin hansı şəraitdə baş verdiyini və iştirakçıların şəxsiyyətini müəyyən etmək üçün videomüşahidə kameralarının qeydləri öyrənilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB