Gürcüstanda üzüm bağlarına güclü dolu yağıb

Gürcüstanda üzüm bağlarına güclü dolu yağıb

Bu gün Gürcüstana-Kaxetiyə də güclü dolu yağıb. Dəymiş ziyanın dəqiq həcmi hələlik qiymətləndirilməyib. Bununla belə, üzüm bağlarına ziyan dəydiyi bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, dolu bu gün Kvareli rayonunun bir neçə kəndinin ərazisinə düşüb. Sosial şəbəkələrdə təbii fəlakətin videosu yayılıb.

KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində kənd təsərrüfatı bitkilərinə ciddi ziyan dəyib.

Dəymiş ziyanın məbləği hələlik məlum deyil. Lakin yerli sakinlər deyirlər ki, dolu həm birillik, həm də çoxillik bitkilərə ziyan vurub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə