2024-cü ildən müdafiəyə daha çox vəsait ayrılacaq

2024-cü ildən müdafiəyə daha çox vəsait ayrılacaq

Avropa Komissiyası 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Euractiv” xəbər verir ki, Avropa Parlamenti bu ideyanı dəstəkləyib.

Nəşr qeyd edir ki, ümumilikdə, Avropa Müdafiə Fondunun 625 milyon avro artırılması, həmçinin hərbi mobillik proqramlarına daha 45 milyon avronun ayrılması planlaşdırılır. Parlament və Komissiyanın təklifi təsdiqlənərsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Şurası və Avropa Parlamenti Avropa İttifaqı ölkələrində sursat istehsalını genişləndirmək barədə razılığa gəliblər. Bu məqsədlər üçün Avropa İttifaqı büdcəsindən 500 milyon avronun ayrılması planlaşdırılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə