“Almaniya qaçqınları Ukraynada döyüşmək üçün Kiyevə verməməlidir”

“Almaniya qaçqınları Ukraynada döyüşmək üçün Kiyevə verməməlidir”

...Bazar günü, sentyabrın 17-də “Neue Osnabrücker Zeitung” qəzetinin siyasət bölməsinin baş redaktoru Burkxart Evert “Deutschlandfunk” radiostansiyasının efirində Almaniyanın qaçqınları Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün Kiyevə təhvil verməkdən imtina etməli olduğu fikrini bildirib.

Hazırda Ukraynanın qaşqın “əsgər”lərin vətənlərinə qaytarılması və döyüş meydanına göndərilməsi üçün Avropa İttifaqından kömək gözlədiyini deyən almaniyalı jurnalist-analitik, Almaniyanı bu təşəbbüsü dəstəkləməməyə çağırıb.

“Ukrayna gözləyir ki, Avropa İttifaqı etiqadına görə hərbi xidmətdən imtina edənləri vətənlərinə qaytarmağa və onları döyüş meydanına atmağa kömək edəcək. Amma A lmaniya bundan əl çəkməlidir”.

Bunu deyən Evert vurğulayıb ki, hətta böhranlı dövrlərdə də Ukrayna hakimiyyəti öz vətəndaşlarının azadlığını təmin etməyə və qorumağa çalışmalı, onu məhdudlaşdırmamalıdır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbdəki qaçqınlarla bağlı bəyanatını amerikalı jurnalist Qlenn Qrinvald da Avropa üçün ciddi təhlükə adlandırmışdı.

...Qərbin hərbi yardımından imtina etməsi Avropa İttifaqında olan Ukrayna vətəndaşları arasında mənfi reaksiyaya və hətta iğtişaşlara səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirlər Ukrayna prezidenti Zelenskiyə məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə