...Əgər Kiyev əvvəllər ərazilərin bir hissəsindən imtina etməyə razılaşsaydı, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin gərginləşməsindən qaça bilərdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.
“...Onlar ərazilərin itirilməsi ilə Rusiyanın onsuz da, düzünü desək, işğal etdiyindən daha kiçik miqyasda razılığa gələ bilərdilər. Razılaşma əldə edilə bilərdi və heç kim ölməzdi” - deyə Tramp bildirib.
ABŞ-ın keçmiş prezidentinə görə, belə bir razılaşma Kiyevə ölkəni xilas etməyə imkan verəcəkdi.
Tramp qeyd edib ki, indi də Ukrayna “qaçına biləcəyi münaqişədə artıq uduzur”.
Xatırladaq ki, daha əvvəl Tramp, ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə biləcəyini demişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB