Qərb üçün Rusiya ilə yaxşı münasibətlər saxlamaq vacibdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Finlandiya prezidenti Sauli Niineste “New York Times” qəzetinə müsahibəsində buna çağırıb.
“...Mən bir növ böyük dostluğu nəzərdə tutmuram, amma tolerantlıq qabiliyyəti və hətta bir az qarşılıqlı anlaşmanı təklif edirəm”. deyən Finlandiya lideri, xüsusi əməliyyat başa çatdıqdan sonra Rusiya tərəfinə “qapı arxasında heç bir yeni müharibə gözləyən olmadığına” təminat lazım olacağını da əlavə edib.
Diqqəti Qərb ölkələrinin vəziyyətinə yönəldən Niineste, burada hətta kiçik şeylərin də münaqişənin gərginləşməsinə səbəb ola biləcəyini xatırladıb. O, Ukraynanın “təchizatçılarını” nüvə silahından istifadə riskini və Üçüncü Dünya Müharibəsinin başlamasını unutmamağa çağırıb.
Maraqlıdır ki, Moskva dəfələrlə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduğunu bildirib, lakin Kiyev Rusiya Federasiyasının regionlarında mülki obyektlərə və infrastruktura hücum cəhdlərinə keçərək qanunvericilik səviyyəsində bunları qadağan edib.
Bunu artıq rus saytları iddia edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB