Bu dərmanlar Rusiya apteklərindən yoxa çıxır

Bu dərmanlar Rusiya apteklərindən yoxa çıxır

Bu gün məşhur antidepresan “Prozak” Rusiyanın böyük şəhərlərindəki apteklərdən demək olar ki, yoxa çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yazda onu istehsal edən Amerika şirkəti “Elli Lilli” ölkə bazarından çıxdığını elan etmişdi.

RBC jurnalistləri Rusiyanın ən böyük əczaçılıq pərakəndə satış şirkətlərinin bağlı olduğu onlayn aqreqator Megaapteka-nın axtarış nəticələrini təhlil ediblər.

Məlum olub ki, Moskvada “Prozak” cəmi dörd aptekdə, Sankt-Peterburqda – iki, Voronejdə – beş, Novosibirsk və Kazanda isə axtarış sistemi ümumiyyətlə onu tapa bilmir.

Nəşrin mənbələri təsdiqləyiblər ki, hazırda Rusiya aptekləri dərmanın qalıqlarını satırlar və tədarükçülərdə uzun müddətdir ki, yoxdur.

RBC Səhiyyə Nazirliyi “Prozak”ın son partiyasının iyunun sonunda satışa çıxarıldığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə