Kursk vilayətinin kəndləri işıqsız qalıb

Kursk vilayətinin kəndləri işıqsız qalıb

...Kursk vilayətindəki Qluşkovski rayonunun Tyotkino və Popovo-Lejaçi kəndləri atəşə tutulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət rəhbəri Roman Starovoyt Telegram kanalında bildirib.

“Ümumilikdə vilayətə altı atış qeydə alınıb. Mərmilərdən biri yarımstansiyanın ərazisinə düçüb və bu ərazinin alovlanmasına səbəb olub”

Bunu yazan vilayət rəhbəri, elektrik xəttinin zədələnməsi səbəbindən Tetkinonun bir hissəsi işıqsız qaldığını da əlavə edib.

Qubernator fövqəladə hallar briqadalarının təhlükəsiz olduğu zaman hər şeyi bərpa edəcəyinə söz verib.

O, bunun bir gündə bölgəyə ikinci hücumu kimi təqdim edib.

Bundan əvvəl Uspenovka kəndinin atəşə tutulması, nəticəsində 3 nəfərin yaralandığı barədə məlumat verilmişdi: ikisi yüngül, digəri isə ağır yaralanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə