12 nəfər nəzarətə götürülüb
Türkiyə Daxili işlər naziri Əli Yerlikaya Adanada “İŞİD” terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 17 şübhəlidən 5-nin həbs olunduğunu, 12-si haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini açıqlayıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə nazir sosial media hesabından açıqlama verib.
Adana Terrorla Mübarizə Şöbəsi tərəfindən 23 ünvanda aparılan axtarışlar zamanı 17 “İŞİD” terror təşkilatının üzvü yaxalanıb; onlardan 5-i həbs edilib, 12-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu silah-sursat, eləcə də əl qumbarası ələ keçirilib.
Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə fasiləsiz davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB