"Belarus ərazisində müharibə olmayacaq..?"

"Belarus ərazisində müharibə olmayacaq..?"

...Belarus ərazisində müharibə olmayacaq, müasir şəraitdə bu, mümkün deyil.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Birlik Gününə həsr olunmuş “Biz belaruslarıq!” vətənpərvərlik forumunda deyib.

“Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq, bu mümkün deyil. Çünki bu mümkün deyil”-deyən Belarus lideri onu da qeyd edib ki, “...əgər Allah saxlasa, nəsə olarsa, onda hamımız Brest qalasına çevriləcəyik”.

Lukaşenkonun sözlərinə görə, belaruslar “son əsgərə və belarus kişisinə qədər” övladlarına məxsus torpağı müdafiə edəcəklər.

Bununla yanaşı o, Belarusda hərbi əməliyyatların başlanması üçün heç bir ilkin şərt görmədiyini və onların yaranmayacağına əminlik də ifadə edib.

“...Mən sizi əmin etmək istəyirəm: biz döyüşmək istəmirik və döyüşməyəcəyik”.

Yeri gəlmişkən, Milli Birlik Gününə həsr olunmuş qala-tədbirdə çıxış edən Lukaşenko onu da qeyd edib ki, Belarus qonşu dövlətləri nüvə silahı və ya “Vaqner” PMC-nin bölmələri ilə təhdid etmir. “Biz nə atom silahı, nə də hər hansı birlikləri – “Vaqner” və s.-lə heç kimi təhdid etmirik”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə