Əgər Ukrayna Silahlı Qüvvələri döyüşləri dayandırarsa...

Əgər Ukrayna Silahlı Qüvvələri döyüşləri dayandırarsa...

...Çoxları Ukraynadakı münaqişənin tezliklə bitəcəyini gözləyirdi, lakin NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Funke” media qrupuna verdiyi açıqlamada bunun belə olmadığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Stoltenberq, “...bir çox münaqişələr uzunmüddətlidir və biz də Ukraynadakı uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”-deyə bildirib.

Onun dediyinə görə, bir çox münaqişələr ilkin gözləniləndən daha uzun sürür. Məhz buna görə də, biz Ukraynada uzanan münaqişəyə hazırlaşmalıyıq.

Stoltenberq onu da əlavə edib ki, hamının istədiyi sülhdür, lakin Ukrayna Silahlı Qüvvələri döyüşləri dayandırarsa, onların ölkəsi artıq mövcud olmayacaq.

O vurğulayıb ki, yalnız prezident Putin və Rusiya silahlarını yerə qoysa, sülh gələcək.

Bundan əlavə, Stoltenberq qeyd edib ki, o, Ukraynanı gələcək NATO üzvü hesab edir.

Xatırladaq ki, bundan əvvəl Şimali Atlantika Alyansının rəhbəri NATO-nun Vilnüsdə keçirilən yay sammitində, bütün şərtlər və üzvlərinin yekdil qərarı yerinə yetirilərsə, bu halda Ukraynanın bloka dəvət olunacağına söz vermişdi.

...Lakin belə bir mümkün dəvət üçün heç bir zaman çərçivəsi qeyd olunmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə