Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə, İrəvanın öz xarici siyasət oriyentasiyasını dəyişmək fikrində olmadığını və hakimiyyətin dövlətin maraqlarına riayət edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü, sentyabrın 17-də TASS məlumat yayıb.
Beləliklə, Paşinyan vurğulayıb ki, Ermənistanın xarici siyasəti həmişə şəffafdır və dövlət maraqlarına əsaslanıb. O, həmçinin Ermənistanın xarici siyasət kursunu dəyişməyə ehtiyac olmadığını da bildirib.
Maraqlıdır ki, Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Paşinyan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin bəyanatları bu məsələdə başlanğıc nöqtəsidir.
“...Lider, Rusiya Federasiyasının prezidenti bəyan edib ki, Ermənistan və baş nazirlə heç bir problem yoxdur”.
Paşinyan deyib bunu.
Qeyd edək ki, Paşinyan İrəvan bu ilin sonunadək Bakı ilə sülh sazişi bağlamaq üçün bütün səylərini göstərdiyini də bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri, Ukraynadakı münaqişəyə görə Ermənistanın artıq təhlükəsizlik qarantı kimi Rusiyaya arxalana bilməyəcəyini demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB