Ukrayna Silahlı Qüvvələri hücum zamanı tezliklə yağış və qar yağması səbəbindən problemlərlə üzləşəcək ki, bu da onların Rusiya hərbçilərinin müdafiə xəttini keçməsinə mane olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, u barədə bazar günü, sentyabrın 17-də “The Wall Street Journal”ın Amerika nəşri məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərindən biri jurnalistlərə şikayət edib ki, yağış onların işini xeyli çətinləşdirəcək. Palçıq zirehli texnikanın istifadəsini azaldacaq və manevr qabiliyyətini məhdudlaşdıracaq.
Onun sözlərinə görə, artıq bir neçə variant var və pis hava şəraitində onlar daha da az olacaq.
“Yağış işimizi çox çətinləşdirəcək. Manevr qabiliyyətini məhdudlaşdıracaq, artıq bir neçə logistik marşrut var və burada daha az seçim olacaq. Zirehli texnikadan istifadə imkanları azalacaq”, - deyə ukraynalı hərbçi bildirib.
Jurnalistlər palçıq mövsümündə yağış və qarın yaratdığı boş torpaq və palçıq səbəbindən ukraynalıların zirehli maşınlarda hərəkətinin çətinləşəcəyini qeyd ediblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin bütün istiqamətlərdə əks-hücumunu xeyli çətinləşdirəcək.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin aşağı olması və hərbçilərin genişmiqyaslı əməliyyatlar keçirə bilməməsi səbəbindən qərbdə hücumu dayandırmaq məcburiyyətində qaldığı bildirilirdi.
Bu arada rusların yazdığına görə, guya NATO tərəfindən əks-hücum üçün Ukraynaya verilən hərbi texnikanın təxminən 20 faizinin may və iyun aylarında məhv edildiyi deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB