Çeçenistan rəhbəri Ramzan Kadırov onun xəstəliyi, komada olması ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan şayiələrə münasibət bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, yağışlı havada gəzinti videosunu yayımlayan Ramzan, videoda “...internetdə həqiqəti yalandan ayıra bilməyənlərə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı” tövsiyə edib.
...Videoda Çeçenistan rəhbəri rus dilində “işlər belədir” deyir. Başqa bir qeyddə o, insanları idman etməyə təşviq edir. Qalan hər şeyi çeçen dilində deyir.
Xatırladaq ki, bundan əvvəl Ukrayna KİV-i Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusova istinadən, Kadırovun mövcud xəstəliklərinin kəskinləşməsi səbəbindən onun vəziyyətinin ağır olduğu xəbərini vermişdi. Onun komada olduğu və hətta Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında öldüyü iddia edilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB