Tokayev ABŞ-a getdi

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Nyu Yorka səfər edib. SİA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

O, BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində çıxış edəcək, həmçinin Mərkəzi Asiya-ABŞ sammitində iştirak edəcək.

Tokayevin bir sıra dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və transmilli şirkətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə