Çinin Honkonq xüsusi inzibati ərazisində ikimərtəbəli avtobus ilə avtokranın toqquşması nəticəsində 34 nəfər müxtəlif dərəcədə xəsarət alıb. SİA şəhər polisinin məlumatına istinadla xəbər verir ki, günorta saatlarında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Bildirilir ki, avtobus yolda xarab olub qalan avtokrana çırpılıb.
Hadisədən sonra qəzanın baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB