İran Prezidenti ABŞ-a yollanır

İran Prezidenti İbrahim Rəisi bu gecə ABŞ-a səfər edəcək. SİA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində İran Prezidentinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə