Qrip və koronavirusa yoluxma hallarının mövsümi artımı ilə əlaqədar Rusiya Federasiyasının Hökumət Evində maska rejimi və digər qabaqlayıcı tədbirlər müvəqqəti olaraq tətbiq edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat yayılıb.
“Hökumət Evinin ərazisində müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska rejimi tətbiq edilir. Qərar kəskin respirator viruslar, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artımı ilə əlaqədar qəbul olunub”, - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB