Mali, Burkina-Faso və Niger müdafiə paktı yaradıblar

Mali, Burkina-Faso və Niger müdafiə paktı yaradıblar

Afrikanın üç şimal-qərb dövlətinin - Mali, Burkina Faso və Nigerin hərbi xuntalarının liderləri şənbə günü müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, mərasim Malinin paytaxtı Bamakoda baş tutub. Sənədə əsasən, üç Afrika ölkəsi “kollektiv müdafiə və əməkdaşlıq arxitekturası yaratmaq” məqsədi ilə Sahel Dövlətləri Alyansını təşkil edəcəklər.

Mali hakimiyyətinin nümayəndələri sənəddə iqtisadi sahədə əməkdaşlıqdan da söhbət getdiyini bildiriblər.

Xatırldaq ki, Fransanın keçmiş koloniyaları olan hər üç ölkədə son illərdə hərbi çevrilişlər olub.

Və hakimiyyətə anti-fransız qüvvələr gəlib. Onu da qeyd edək ki, Burkina Faso və Mali hərbi xuntaları birbaşa Moskva ilə əməkdaşlığa yönəlib.

Onu da xatırladaq ki, bu ölkələrdə Rusiya “Vaqner” PMC-nin muzdluları yerləşdirilmişdi.

Yeri gəlmişkən, rus saytlarının yazdığına görə, guya Moskvanın Afrika bölgəsindəki mövqelərini möhkəmləndirməsi Qərb ölkələrini qorxudur,

Onlar bunun bütün qitənin sabitliyini poza biləcəklərini qeyd edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə