Rusiyaya məxsus iki “Buk-M3” kompleksi məhv edilib..?

Rusiyaya məxsus iki “Buk-M3” kompleksi məhv edilib..?

Dünən, sentyabrın 16-da müvəqqəti olaraq işğal olunmuş Donetsk vilayətinin Svetlodarsk şəhərində Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus iki “Buk-M3” zenit-raket kompleksini məhv edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,

bu barədə xəbəri Ukrayna Silahlı Qüvvələrinin “StratCom” agentliyi yayıb.

Qeyd olunur ki, hər iki hava hücumundan müdafiə sistemi briqadanın qərargahının yaxınlıqdakı bölmələri və Rusiya Federasiyasının işğalçı qüvvələrinin hava-desant diviziyasını qorumaq üçün yerləşdirilibmiş.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 16-da axşam hesabatında bildirib ki, gün ərzində raket qüvvələrinin bölmələri üç “Buk-M1” zenit-raket kompleksini və düşmənin beş artilleriya silahını darmadağın edib. Həmçinin Müdafiə Qüvvələrinin aviasiyası idarəetmə məntəqələrinə iki, silah və hərbi texnikanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 12, düşmənin zenit-raket komplekslərinə beş zərbə endirib.

...Bu dəfə Ukrayna tərəfi Rusiya Federasiyasının bu ölkəyə qarşı genişmiqyaslı müharibəsi zamanı 271.790 rus hərbçisinin öldürüldüyünü iddia edir.

Bundan əlavə rusların minlərlə texnikasının da məhv edildiyi deyilir. Belə ki, 4600-dən çox tank, 6000-ə yaxın artilleriya sistemi, 8824 zirehli texnika, təyyarələr, helikopterlər, gəmilər və s.

Qeyd edtdiyimiz kimi, bunu Ukrayna tərəfi bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə