Bu arada Rusiya Federal Vergi Xidmətinin məlumatına görə, oktyabrın 1-dən qamburger və analoji məhsullar üçün vergi dərəcəsi 10 faizdən 20 faizə qədər qaldırılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hal-hazırda belə məhsullar 10 faiz əlavə dəyər vergisi tələb edən rəfdə dayanıqlı çörək məhsulları kimi təsnif edilir.
Maraqlıdır ki, vergi xidməti bu təsnifatla razılaşmır və “McDonald's” kimi şirkətlərə qarşı hüquqi prosedurlar aparıb. Lakin o da maraqlıdır ki, məhkəmələr biznesin tərəfini tutublar.
Deyilənlərə görə, oktyabrın 1-dən sendviç, hamburger və çizburger kimi kulinariya məhsulları üçün yeni OKVED (İqtisadi fəaliyyət növlərinin Ümumrusiya Təsnifatçısı) kodu tətbiq ediləcək.
Belə ki, bu məhsullar artıq əlavə dəyər vergisinin azaldılmış dərəcəsinin tətbiq olunduğu malların siyahısına daxil edilməyəcək və buna görə də 20 faiz vergi tutulacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB