NATO Ukraynaya qoşun yeridəcək..?

...Bu arada Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Rey Makqovern, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqları səbəbindən bu ölkəyə qoşun yeridə biləcəyini bəyan edib.

Onun iddiasına görə, guya Ukrayna ciddi məğlubiyyətə uğrayır.

“...Buna görə də, NATO Kiyevin tam məğlubiyyətindən əvvəl də öz qoşunlarını ora göndərmək qərarına gələcək”.

Amerikalı ekspertin sözlərinə görə, Vaşinqtonda hadisələrin bu cür inkişafının mümkünlüyü nəzərdən keçirilir.

Bundan əlavə, Vaçinqton, həmçinin Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqlarını kompensasiya etməyin başqa yolunu - 300 kilometrə qədər məsafədə zərbə endirmək qabiliyyətinə malik ATACMS raketlərinin Ukrayna hərbçilərinə verilməsini təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rey Makqovernin ddiyi iddia edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə