Aptek qarət edilib: amma pulu yox, dərman aparıblar

Aptek qarət edilib: amma pulu yox, dərman aparıblar

Sankt-Peterburq apteklərindən birində atipik quldurluq hadisəsi baş verib. Maraqlıdır ki, quldurları pul maraqlandırmırmış.

SİA-nın REN TV-dən əldə etdiyi məlumata görə, sentyabrın 15-də Parnas rayonunda Fyodor Abramov küçəsində yerləşən aptekə iki cinayətkar girib.

Onlar rəfdən 14 min 425 rubl dəyərində dərman preparatlarını açıq şəkildə oğurlayaraq yoxa çıxıblar.

CCTV görüntülərində əczaçının quldurları dayandırmağa çalışdığı və hətta onları təqib etdiyi əks olunub.

Hadisə ilə bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, bir müddət bundan əvvə oxşar hadisə Moskvada yaşanmışdı. Belə ki, oğurluq üçün aptekə girən biri hadisə yerində ölmüşdü.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə