Hələlik üç nəfərin öldüyü deyilir...

Hələlik üç nəfərin öldüyü deyilir...

Voronej vilayətinin Rossoş şəhərində hələlik qeyri-müəyyən şəraitdə qumbaranın partlaması nəticəsində 3 nəfərin öldüyü iddia edilir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi təsdiqləyib.

Yayımlanan foto və videolara əsasən, partlayış şəxsi evdə və ya onun yaxınlığında baş verib.

Ölənlərin hərbçilər və ehtimal ki, istehkamçılar olduğu iddia edilir. Partlayış nəticəsində daha iki nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

RBC qonşulara istinadən bildirir ki, evdə 5 kişi yaşayıb. Sentyabrın 16-a keçən gecə onların arasında münaqişə baş verdiyi deyilir.

Amma partlayışın bu münaqişə ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.

Yerli hakimiyyət orqanlarından hələlik rəsmi məlumat yoxdur.

RBC-nin sorğusuna cavab olaraq hökumət rəsmiləri Qərb Hərbi Dairəsi ilə əlaqə saxlamağı tövsiyə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə