Keçmiş prezidentin keçmiş müşaviri yenə danışıb...
Beləliklə, Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskinin sözlərinə görə, Rusiya donanmasının olması Qara dənizdə olması səbəbindən Ukrayna artıq dənizə çıxışını itirib.
“...Qara dəniz bağlıdır. Orada vəziyyət çox ağırdır və Rusiya faktiki olaraq istənilən nəqliyyata mane olur”-deyən
Soskin, həmçinin iddia edir ki, Ukrayna tərəfi öz mallarını dəniz yolu ilə ixrac etmək imkanını itirib və hakimiyyət indi məhsulu xaricə göndərmək üçün alternativ yollar axtarmağa məcburdur.
Keçmiş müşavirə görə, Ukraynadan taxıl idxalına qadağa qoyan bəzi qonşu ölkələr Kiyevə arxadan ciddi zərbə vurub və belə görünür ki, Vladimir Zelenski belə bir inkişafa hazır deyil.
“Ukrayna çox çətin vəziyyətdədir. Mən buna od torbası deyirəm”, - deyə keçmiş müşavir əlavə edib.
Qeyd edək ki, bu barədə rusların “Gazeta.ru” nəşri yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB