Suriyadakı vəziyyət bir müddətdir nisbətən sakit olsa da, son həftələrdə bölgədə bir sıra hadisə yaşanıb. Əvvəlcə Əsəd rejiminin nəzarətində olan bölgələrdə, xüsusən də Süveydə bölgəsində ardıcıl nümayişlər keçirildi, daha sonra Rejim qüvvələri ilə Rusiya hərbi hava qüvvələri İdlibə aviazərbələr endirdi, hazırda isə Deyr əz-Zor bölgəsindəki ərəb tayfaları terror təşkilatı PKK/YPG-yə qarşı üsyan başladıb.
Bütün bu hadisələr ölkədəki mövcud status-kvonun davamlı olmadığını göstәrdi.
Suriyadakı vəziyyət bir müddətdir nisbətən sakit idi. Türkiyenin təsir dairəsində olan müxalif bölgələrdə, Rusiya və İranın dəstəyi ilə Rejimin nəzarətində olan bölgələrdə və ABŞ-ın himayəsində olan PKK/YPG terror təşkilatının nəzarəti altında olan bölgələrdə status-kvo hökm sürməyə başlamışdı.
Türkiye əhatəli hərbi əməliyyatlarını dayandırmışdı, Rejim müxalifləri hədəf almırdı, PKK/YPG isə ABŞ-ın gözündəki əhəmiyyətini artırmağa və siyasi qazanc əldə etməyə çalışırdı. Lakin mövcud dinamika ölkənin demoqrafiyası, sosiologiyası və bölgədəki reallıqlarla üst-üstə düşmədi və hadisələr bir-birinin ardınca baş verməyə başladı.
İlk olaraq rejimin nəzarətində olan Dəməşq, Dəra və Latakiya bölgələrində ciddi nümayişlər keçirildi. Süveyda bölgəsi isə nümayşlərin mərkəzinə çevrildi.Azlıqların yaşadığı Druzi bölgəsində artan iqtisadi problemlər, Suriya lirəsinin dəyər itirməsi nümayişlərin alovlanmasına səbəb oldu.
İnfrastruktura və tikililərə ciddi ziyan dəyib, enerji və ərzaq təhlükəsizliyi təmin oluna bilmir. Demək olar ki, fəaliyyət göstərən ekosistem artıq mövcud deyil. Livanda davam edən iqtisadi çətinliklər, Rusiyanın Ukraynada apardığı müharibə Suriya rejimini daha da çıxılmaz vəziyyətə düşürür. Rejim isə belə bir vəziyyətdə İdlibi hədəf alaraq hərbi qarşıdurmalarla gündəmi dəyişdirmək, mövcudluğunu və baş verənləri qanuniləşdirməyə çalışır.
Bu kontekstdə rejimə sadiq qüvvələr və Rusiya hava qüvvələrinin İdlibi bombalamağa başladığını, müxalifət qüvvələrinin isə təmas xəttlərində əks-hücumlarla cavab verməyə çalışdığını müşahidə etdik. Xüsusilə Cebel Zaviya bölgəsində şiddətli toqquşmalar və əks-hücumlar olub. Daha sonra Deyr əz-Zorda tayfalar üsyan etməyə başladı. Deyr əz-Zor ciddi enerji ehtiyatlarına malik şəhərdir. Suriya inqilabı ilə müxaliflərin nəzarətinə keçən bölgə daha sonra uzun müddət DEAŞ-ın işğalı altında olub. Şəhər son olaraq ABŞ-ın havadan və qurudan verdiyi dəstək ilə PKK-nın Suriya qolu YPG və ona tabe olan bəzi ərəb ünsürləri tərəfindən ələ keçirilmişdi. Deyr əz-Zor hazırda PKK/YPG, SDQ və onun muxtar Hərbi Şurasının nəzarəti altındadır. Bölgə həmçinin PKK-nın bölgədə qurmağa çalışdığı terror dövlətinin sərhədləri daxilində də yer alırdı. Söhbət sosioloji olaraq tayfaların nəzarətində olan və sərt insan tipologiyasına malik ərəb-sünni bölgəsindən gedir. Şəhərdə Akaydat və Bekkara başda olmaqla Abid, Kulayin, Şammar, Zübeyd, Duleym, Cabur, Tayy, Ebu Saraya və El Rifai tayfaları öz mövcudluğunu davam etdirir. Şəhər Dəməşqdən 450 km, Türkiyedən isə təxminən 200 km məsafədə yerləşir.
Bölgə əhalisinin bundan əvvəl də dəfələrlə PKK-ya qarşı səfərbər olduğu hadisələr olub, lakin ilk dəfədir ki, bu böyüklükdə üsyan başlayıb. Qarşıdurmalar bölgədəki tayfaların nümayəndəsi və Hərbi Şuranın başçısı olan Əbu Havlenin PKK/YPG tərəfindən toplantıya dəvət edilərək saxlanılmasından sonra daha da şiddətlənib. Ərəb tayfalarına tabe olan silahlı qüvvələr bir çox kənd və qəsəbələrdən PKK/YPG terrorçularının çıxarılmasına nail olub. PKK-nın hökmranlığı altında yaşamaq istəməyən bölgə xalqı bu üsyanı ümumiyyətlə dəstəkləyib.
Qarşıdurmalarda hər iki tərəf çox sayda itki verdi. Türkiyenin təsir dairəsində olan bölgələrdə yaşayan müvafiq tayfa üzvləri də prosesə dəstək verərək PKK/YPG-yə qarşı hücumlara başlayıblar. ABŞ-ın tərəf tutmadığını və vasitəçi rolunu oynamağa çalışdığını söyləyə bilərik.
PKK/YPG-yə tabe olan ünsürlərin hələlik tayfa qüvvələrinin qarşısını aldığını, lakin aparılan danışıqlarda PKK/YPG-nin Deyr-əz-Zor kimi bölgələrdə tayfalara daha çox muxtariyyət verilməsi istiqamətində güzəştə getdiyi görünür. Bir şeyi vurğulamaq lazımdır ki, son üsyan bir daha göstərdi ki, PKK/YPG ABŞ-ın verdiyi bütün dəstəyə baxmayaraq bölgədə davamlı bir sistem qura bilməyib və buna ən böyük maneə demoqrafiyadır.
Suriyada qarşıdurmaların, sosial hadisələrin yenidən başladığını müşahidə edirik. Ölkədə etnik və məzhəb quruluşlarına uyğunlaşacaq, demoqrafik və sosioloji reallıqlara uyğun siyasi sistem və nizam qurulmadan Suriyada sülh və sabitliyin əldə olunması mümkün görünmür. Təəssüf ki, hazırda ölkənin gələcəyi ilə bağlı nikbin proqnoz vermək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



