Türkiyə ABŞ Dövlət Departamentinin hesabatına reaksiya verdi

Türkiyə ABŞ Dövlət Departamentinin hesabatına reaksiya verdi

Türkiyə ABŞ Dövlət Departamentinin ''İnsan alveri''nə dair hazırladığı illik hesabatına reaksiya verdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “Türkiyənin uşaq əsgərlərdən istifadə edən ölkələr siyahısına daxil edilməsi təəssüf doğurur. Türkiyənin insan alverinin qarşısının alınması üçün göstərdiyi ciddi səylərin nəzərə alınmaması təəssüf doğurur. Türkiyə insan alveri cinayətinin qarşısının alınması, cinayətkarların cəzalandırılması və cinayət qurbanlarının qorunması üçün hər cür səy göstərir. Bu kontekstdə ikitərəfli regional və beynəlxalq əlaqələrin daha da gücləndirilməsinə dair səylərini davam etdirir. Suriya və İraqda uşaqları oz sıralarına cəlb edən separatçı terror təşkilatı PKK/YPG-yə hərbi və maliyyə dəstəyi verən ABŞ Türkiyəyə qarşı qaralamalardan əvvəl bu reallıqla üzləşməlidir. Müttəfiqlik ruhuna uyğun gəlməyən bu böhtana lazımi cavab veriləcək”.

Bəyanatda Türkiyənin regional və beynəlxalq müqavilələr çərçivəsində keçmişdə olduğu kimi bundan sonra da insan alveri ilə bağlı cinayətlərə qarşı səylərini qətiyyətlə davam etdirəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə