ABŞ Ukraynaya “3D” printerləri köçürüb

ABŞ Ukraynaya “3D” printerləri köçürüb

Ukrayna avadanlıqların ehtiyat hissələrinin çapı üçün ABŞ-dan sənaye tipli “3D” printerlər alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Amerikanın Səsi” ABŞ müdafiə nazirinin satınalmalar və texniki dəstək üzrə müavini Uilyam Laplanta istinadən xəbər verir.

Onun sözlərinə görə, printer yük maşını ölçüsündədir. Ukrayna hərbçiləri onunla işləmək üçün təlimləri artıq başa vurublar və printerlər avqustda Ukraynaya gətirilib.

“...Siz “3D” çap ilə sadəcə sürətə görə deyil, heyrətamiz şeylər edə bilərsiniz. Siz əslində normal şəkildə edə bilmədiyiniz hissələri düzəldə bilərsiniz”.

Bunu Laplant deyir.

“Defensescoop”un məlumatına görə, Ukrayna Silahlı Qüvvələri... məsələn, Amerika “M777” haubitsalarının tez köhnəlmiş hissələrinin sürətli istehsalı üçün 3D printerlərdən istifadə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə