Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa öz sərhədlərini daha yaxşı qorumalıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.
Fransa Prezidenti qaçqın axınına məruz qalan İtaliyanın Lampeduza adasındakı vəziyyəti qiymətləndirib.
Miqrasiya məsələsinin bütün avropalılara təsir etdiyini ifadə edən Emmanuel Makron insanların həyatları bahasına Aralıq dənizini keçərək Avropaya daxil olduqlarını bildirib.
Emmanuel Makron qeyd edib ki, İtaliyanın yanında olmaq bütün Avropa İttifaqının (Aİ) borcudur.
Fransa Prezidenti Emmanuel Makron Fransa daxili işlər naziri Gerald Darmaninin İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə Lampeduza adasındakı vəziyyəti müzakirə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB