Qazaxıstanda “KazSat-3” rabitə kosmik peykində yaranan problemlərə görə bir neçə peyk televiziyası və radio yayımı xidmətlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, insident aparatın Ayın və Yerin kölgə zonalarından keçidi ilə bağlıdır.
Eyni zamanda, “KazSat-2” peykindən istifadə edən dövlət televiziya kanalları adi qaydada yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB